50 namizəd "Yüksəliş" müsabiqəsindən kənarlaşdırılıb
"Yüksəliş" müsabiqəsinin qaydalarının 9.2.4. bəndini (İstənilən növ tapşırıqları keçməkdən imtina və ya həmin test zamanı köməkdən istifadə etmə və kömək etmək cəhdi) kobud şəkildə pozduğuna görə Ümumi biliklər üzrə əsas imtahandan 50 namizəd kənarlaşdırılıb.
Bu barədə BAKU.WS-ə müsabiqənin Təşkilat Komitəsindən bildirilib.
Bildirilib ki, aprelin 27-də beşinci "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsi çərçivəsində Ümumi biliklər üzrə əsas imtahanı keçirilib. Ümumilikdə 10 729 iştirakçı imtahanda iştirak edib.
Qeyd edilib ki, ümumi biliklər üzrə əsas imtahanda iştirak etməyən namizədlər növbəti mərhələyə buraxılmır.
Oxşar xəbərlər
Bu gün SOCAR-ın yaranma günüdür
Bu gün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) yaranma günüdür. Azərbaycanın milli neft şirkəti olan SOCAR 13 sentyabr 1992-ci ildə Azərineft...