VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,17 dollar dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 12-də 73,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,19 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 12-də 70,14 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 3,19 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 12-də 72,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,97 dollar/barel azdır.

BAKU.WS