Hazırda avtomobil bazarında orta seqmentdə satılan avtomobillərin qiymət müqayisəsi və alıcılar üçün ən opimal avtomobilin seçilməsi baxımından müstəqil bazar araşıdırması aparılıb.

BAKU.WS "Marja"a istinadən xəbər verir ki, Bakıda fəaliyyət göstərən rəsmi avtomobil brendlərinin eyni seqmentdəki avtomobil modellərinin qiymətləri nəzərdən keçirilib.

Hədəf olaraq ekonomik, 1.6l mühərrik tutumlu 2018-ci il istehsalı avtomobillər arasında ən qənaətcil və sərfəlisini tapmaq idi. Aşağıdakı nəticələr ortaya çıxıb:

Koreya istehsalçıları bu siyahıda bir neçə avtomobil markası ilə təmsil olunur. Hazırda bazarda yeni Hyundai Accent 1.6l mühərriki ilə orta komplektasiyada 24800 manat, full komplektasiyada isə 27900 AZN-ə qiymətindədir.

Daha bir Koreya nəhəngi Kia-nın Rio 2018-ci il modeli 1.6l mühərrik gücü ilə 25200 AZN-ə təklif olunur.

Onlayn müraciət edin və 1 günə manat krediti alın

Yapon istehsalçısı Nissan yalnız 1.5l mühərrik həcmli Sunny modeli ilə bu siyahıya daxil ola bilir, onun da avtomatik sürət qutusu ilə olan modelinin qiyməti 25200 AZN-dir.

Avropanın avtomobil brendlərindən adı çəkilən avtomobil istehsalçılarına rəqib ola biləcək əsas namizəd Volkswagen-in Polo avtomobilidir. Avtomatik sürət qutulu, 1.6 l mühərrik həcmli Volkswagen Polo xüsusi şərtlərlə, 23500 AZN-ə satılır. Bu isə həmin seqmentə ən sərfəli qiymətdir.

Ən yaxın izləyicisi olan Fordun ekonom modeli Ford Focus 28700 AZN-ə təklif olunur.

Chevrolet-in ən ucuz və qənaətçil Aveo modelinin 1.6l mühhərik həcmli variantı isə 26000 manatdır.

Qeyd edək ki, adı çəkilən avtomobillər əsasən 2018-ci il istehsalı, 0 km yürüşə və avtomatik sürət qutusuna malikdirlər.

BAKU.WS