394 obyekt epidemiya əleyhinə rejimi pozduğuna görə cərimələnib
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl olunmasına nəzarət tədbirləri çərçivəsində monitorinq keçirib.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, 18-20 sentyabr tarixlərində keçirilmiş monitorinqlər zamanı Bakının Suraxanı, Yasamal, Səbail, Nəsimi, Xəzər, Binəqədi, Qaradağ, Nərimanov, Sabunçu, Xətai, Nizami rayonlarında, eləcə də Sumqayıt şəhərində, Abşeron rayonunda ümumilikdə 394 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.
Oxşar xəbərlər
Daha 129 obyektdə epidemiya əleyhinə rejim pozulub
İqtisadiyyat sahibkarlıq subyektlərində sentyabrın 15-də keçirdiyi monitorinqlər zamanı 129 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərini...