VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Brent” markalı Şimal dəniz neft qatışığının qiyməti 2014-cü ilin dekabr ayından bu yana ilk dəfə olaraq 70 dollara çatıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent”in mart fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 20:26-ya olan vəziyyətə görə, 83 sent artaraq bir barel üçün 70,03 dollara çatıb.

Bununla yanaşı, Nyu-Yorkun NYMEX birjasında WTI markalı yüngül neftin fevral fyuçerslərinin qiyməti yuxarıda göstərilən vaxta qədər 1,02 dollar artaraq bir barel üçün 64,59 dollar təşkil edib.

Qiymət artımı ABŞ-da neft ehtiyatlarının stabil azalması ilə bağlı nikbinlik, həmçinin ötən həftənin yekunu üzrə Birləşmiş Ştatlarda neft hasilatının gözlənilmədən aşağı düşməsi barədə məlumatlarla izah edilir.

BAKU.WS