VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi hər ilstabil artmağa davam edir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, təkcə cari ilin ilk yeddi ayı ərzində aeroport 2016-ci ilin eyni dövrü ilə müqayisədə 30% daha çox sərnişinə xidmət göstərmişdir. Beləliklə, aeroport yaxın zamanda regionda əsas hablardan biri olmaq kimiözünün əsas məqsədinə çatır.

Fəaliyyətini maneəsiz genişləndirmək və sərnişinlərə fasiləsiz xidmət göstərilməsini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu“Amadeus” şirkəti ilə birgə bulud texnologiyası üzrə aerport idarəetmə sisteminə əsaslanan ilk tam avtomatlaşdırılmış həllitəqdim etmişdir.

Sözü gedən bulud texnologiyası həlli çərçivəsində təqdim olunan xidmətlərəbaqajın idarəolunması sistemi, hava limanının əməliyyatməlumat bazası, uçuş məlumatlarının təsviri sistemi və digərləri daxildir.

“Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov və “Amadeus”şirkətininyeni biznes layihələr üzrə Baş vitse-prezidenti Fransisko Perez-Lozao əməkdaşlıq haqqında müvafiq razılıq əldə etmişdirlər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda iki sərnişin terminalı mövcuddur və illik 9 milyon sərnişinə xidmət göstərilməsi üçün nəzərdə tutulmuşdur.Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün müasir aviasiya və texnoloji tələblərə uyğun tikilənyeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülmüşdür.

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.

BAKU.WS