5 İLƏDƏK DƏYİŞMƏZ 14,5%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT


"Azərkabel” Açıq Səhmdar Cəmiyyəti səhmdarlara müraciət ünvanlayıb. 
 
BAKU.WS "Azərkabel” ASC-nin Müşahidə Şurasının müraciətini təqdim edir:

"Hörmətli Səhmdarlar!
"Azərkabel” Açıq Səhmdar Cəmiyyəti (ünvan: Mingəçevir şəhəri_) bildirir ki, 30 iyun 2017-ci il tarixdə saat  12-00 və 13-00-da   H.Əliyev pr, 65_  ünvanda səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur: 
1. Cəmiyyətin illik maliyyə hesabatının təsdiq edilməsi;
2. Cəmiyyətin Direktorlar Şurasının tərkibində dəyişikliklərin təsdiq edilməsi;
3. Cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi;
4. Cəmiyyətin Baş Direktorunun seçilməsi və ya təsdiq edilməsi.
5. Yığıncağın gündəliyində duran digər məsələlər.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiq edici sənədləri təqdim etməyiniz xahiş olunur.
Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcəkdir".
 
BAKU.WS