VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Dubaya olan uçuşlara yeni aksiya barədə elan edir.

BAKU.WS xəbər verir ki, hər bir böyük sərnişin Bakı-Dubay-Bakı istiqamətində 2017-ci il mayın 25-dən iyunun 25-dək olan uçuşlara aviabilet aldıqda 12 yaşınadək uşaq üçün 90% endirimlə aviabilet əldə edə bilər.

Bundan əlavə, Dubaya axşam reyslərinə (J2-015/J2-016/115/116) mayın 9-dan iyunun 25-dək olan uçuşlara böyük sərnişin üçün aviabiletin ümumi qiyməti cəmi 199 avro təşkil edəcək.

Sərnişinlər hər iki aksiyanın üstünlüklərindən eyni vaxtda istifadə edə bilərlər. Həmçinin aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.
 
BAKU.WS