13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
"Bu ilin ilk 3 ayı yaxşı nəticələrlə yekunlaşıb”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
 
Dövlət başçısı deyib ki, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi önəmli məsələlərdən biridir: "Süni qiymət artımına yol verilməməlidir”.
 
Prezident İlham Əliyev bildirib ki, dövlət büdcəsinin icrası uğurla gedir: "Bu ilki investisiya proqramlarının tam şəkildə icra olunması vacibdir. Ölkə üçün ən lazımlı layihələrə vəsait ayrılıb. Maliyyə vəziyyətimiz yaxşıdır. Valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə çoxdur”.
 
BAKU.WS