SİZİN REKLAM BURADA!
055 213 76 73


 


 

Bakı – aprelin 5-də Four Seasons Baku otelində keçirilən «SUMMER TOUR Workshop» forumu çərçivəsində Azərbaycanın turizm agentliklərinin nümayəndələri ilə Türkiyənin məşhur kurort məkanları Antalya, İzmir, Bodrum, Dalaman, həmçinin İstanbulda yerləşən otellərin nümayəndələri arasında rəsmi görüşlər keçirilmişdir.
 
Həmin otellər sırasına Hilton, Rixos, Titanic Hotels, Conrad və digər aparıcı otellər şəbəkələri daxildir.

Forumun əsas məqsədi Azərbaycanın turizm sənayesinin nümayəndələrinin Türkiyə kurortlarının müasir otellərinin xidmətləri ilə tanışlıqdan, habelə iki ölkə arasında iqtisadi və turizm əlaqələrinin daha da inkişaf etdirilməsindən  ibarət idi.

Ümumilikdə tədbirdə Azərbaycandan 400-dən artıq və Türkiyədən 60-dan artıq nümayəndə iştirak etmişdir.

Forumun yekunlarına əsasən lotereya oynanılmış və iştirakçılar ödənişsiz gecələmə  kuponları qazanmışlar.

BAKU.WS