13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artıracaq.
 
"APA-Economics"-in xəbərinə görə, bu barədə FED-in rəhbəri Canet Yellen bildirib.
 
"Çox güman ki, martın 15-də baş tutacaq iclasda uçot dərəcəsi artırılacaq. Növbəti iclasda biz işsizlik səviyyəsi və inflyasiyanın səviyyəsinə qiymət verəcəyik. Bazarlarda inkişaf gözlədiyimiz kimi olsa uçot dərəcəsinin artırılması labüdləşəcək””, deyə C.Yellen vurğulayıb.
 
Fevralın 23-də FED  uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan etmişdi.
 
Qeyd edək ki, ötən ilin dekabrın 14-də  uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.
 
BAKU.WS