SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan edib.

BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, bu barədə təşkilatın iki gün davam edən iclasının yekunlarına dair məlumatda deyilir.

FED-in Açıq Bazar Komitəsi üzvlərinin qənaətinə əsasən, ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri artımı labüd edəcək.  

Qeyd edək ki, ötən ilin dekabrın 14-də  uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.

BAKU.WS