SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda fermerlər təsərrüfatını yaratmamış biznes plan tərtib etməlidirlər.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin departament müdiri Natiq Heydərov Bakıda keçirilən "Fermerlərin dəstəklənməsi və Dövlət-Özəl sektoru Əməkdaşlığı" mövzusunda tədbirdə bildirib.

O qeyd edib ki, fermerlər bazardakı vəziyyət, ayrı-ayrı məhsullara tələbatla bağlı geniş məlumata malik olmalıdırlar: “Bir neçə il əvvəl ölkə bazarında sarımsaq baha satıldı, ondan sonrakı ildə bütün fermerlər sarımsaq əkdi. Son nəticədə qiymət azaldı, fermerlər isə ziyana düşdü. Ona görə də fermerlərin strategiyası olmalıdır ki, satış məsələsini ehtiva etsin”.

“Biz KOB subyektlərinin bilik və bacarıqlarının artırılması istiqamətində işlər həyata keçiririk, o cümlədən təlimlər təşkil edirik. Fermerlər üçün bu təlimlər tamamilə ödənişsizdir”, - deyə o qeyd edib.

Xatırladaq ki, bugünki tədbirdə kənd təsərrüfatının inkişafı, bu sahədə hədəflər, dövlət dəstəyi tədbirləri, özəl sektorun fermerlərlə əməkdaşlığı, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, bazarlara çıxış məsələləri müzakirə edilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, 150 fermer, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin və maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.

BAKU.WS