2026-cı ilin büdcə zərfinin Nazirlər Kabinetinə təqdim olunması üçün tapşırıqlar verilib
İqtisadi Şura 2026-cı ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
BAKU.WS-ə Nazirlər Kabinetindən daxil olan məlumata əsasən, bununla bağlı qərar Azərbaycanın İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda qəbul edilib.
Daha sonra sənədlər Azərbaycan Prezidentinə təqdim ediləcək.
Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsinin gəlirləri 38,356 milyard manat, xərcləri 41,407 milyard manat, büdcə kəsiri 3,051 milyard manat səviyyəsində proqnozlaşdırılır.
Oxşar xəbərlər
Səkkiz ayda əsas kapitala yatırılan investisiyanın həcmi açıqlandı - Ciddi artım
2026-cı ilin yanvar-avqust aylarında əsas kapitala 12 milyard 677.8 milyon manat məbləğində investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real...