Bakıda Yapon Məhsulları Sərgisi keçiriləcək
23
okt
2018
15:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
25 və 26 oktyabr tarixlərində Bakıda Yapon Məhsulları Sərgisi ("Japan Food Expo-2018") keçiriləcək. "Connect Azerbaijan" Yaponiya-Azərbaycan birgə müəssisəsinin təşkilatçılığı ilə baş tutacaq iki günlük sərgidə Yaponiyadan gələn onlarla şirkət iştirak edəcək. "Japan Food Expo-2018" sərgisində ziyarətçilər Yaponiya şirkətlərinin qida, kosmetika, sağlamlıq və digər sahələrdə təqdim edəcəyi məhsullarla tanış ola biləcəklər. Sərgi zamanı ziyarətçilər həmçinin Yaponiya mədəniyyəti və incəsənəti ilə də yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bakıda təşkil olunacaq iki günlük sərgi Yaponiya şirkətləri ilə işgüzar əlaqələr qurmaq istəyən Azərbaycan şirkətləri üçün böyük imkanlar təqdim edir. Sərgidə iştirak edən Yaponiya şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün təşkilatçı şirkət tərəfindən geniş imkanlar yaradılıb. "Connect Azerbaijan" şirkətindən bildirilir ki, Yaponiya məhsulları ilə tanış olmaq istəyənlər 25 və 26 oktyabr tarixlərində Nigar Rəfibəyli küçəsində yerləşən "PASSAGE 1901" istirahət və ticarət kompleksinə gələ bilərlər. Ünvan: Nigar Rəfibəyli 12/14Tel.: +994 12 555 5556"Connect Azerbaijan": +994 55 444 4035Mob.: +994 50 202 1901 E-poçt: info@passage1901.az
Oxşar xəbərlər
“Azərbaycan Hava Yolları” və “Silk Way Travel” Moskvada MITT-2018 turizm sərgisində iştirak edib
Moskvada milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" və AZAL-ın əsas tərəfdaşı – “Silk Way Travel” turizm agentliyinin də iştirak etdiyi "Səyahət və turizm" MI...