SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu ilin sonunadək manat dollarla müqayisədə nisbətən ucuzlaşacaq. 

Bu barədə BAKU.WS-ə verdiyi açıqlamada iqtisadçı ekspert Samir Əliyev deyib. Onun fikrincə, bu FED-in dekabr ayında verəcəyi qərardan asılı olacaq. 

 

"İlin sonunadək FED-in iki iclası olacaq. Biri, noyabr ayında, digəri dekabrda. Noyabrda hər hansı artım gözlənilmir. Amma dekabrda uçot dərəcəsinin artırılacağı ehtimal olunur”, - ekspert qeyd edib. 

Samir Əliyevin proqnozlarına görə, uçot dərəcəsinin 1 fazidən yuxarı olcağı gözlənilmir: "Böyük artımdan söhbət getmir.  Hazırda 0,25 və 0,5 arasıdı. Ehtimal var ki, 1 faizə qədər artsın”. 

Ekspert hesab edir ki, uçot dərəcəsinin artırılması dünya bazarında dolları bahalaşdıracaq. Bu da sözsüz ki, Azərbaycan manatına da təsir edəcək. 

"Xatırladaq ki, FED 2015-ci ilin dekabrında uçot dərəcələrini qaldırdı. Ondan bir həftə sonra azərbaycanda devalvasiya baş verdi. Amma indi mən o fikirdə deyiləm ki, uçot dərəcəsi artsa, Azərbaycanda devalvasiya olacaq. Uçot dərəcəsi artanda dollar bahalaşır. Dollar bahalaşdıqca neftin qiyməti ucuzşalır. Azərbycan manatının taleyi də neftin qiymətindən asılı olduğuna görə, manata təzyiq artır. Bu baxımdan manatın möhkəmlənmək perspektivi yoxdur. Manat ucuzlaşacaq. Hökumət də çalışır ki, bu, tədricən baş versin. Ona görə, də valyuta ehtiyatlarını xərcləyib manatı saxlamağa çalışmalıdır ki, kəskin ucuzlaşma olmasın”.

Zülfüqar X