SİZİN REKLAM BURADA!
055 213 76 73



Qlobal bazarlar dünəndən etibarən başlayan və bu axşam sona çatacaq ABŞ Mərkəz Bankının (Fed) toplantısından çıxacaq qərarları gözləyir.

BAKU.WS-in məlumatına görə, Fed-in Açıq Bazar Komitəsinin (FOMC) qərarları bu axşam Bakı vaxtı ilə saat 23.00-də açıqlanacaq. Dünyanın ən böyük iqtisadiyyatının pul siyasətçiləri bu gün faiz artımı ilə bağlı yekun qərar qəbul edəcək. 
 
Bazarlarda Fed-in dolların uçot dərəcəsi ilə bağlı hər hansı dəyişiklik etməsi gözlənilmir. Toplantıda veriləcək ismarışlar bazarların gələcəyə istiqamət siyasətinə ciddi təsir edəcək. Bu gün nəticələnəcək Fed toplantısından optimist siqnallar gəlməsi halında qlobal bazarlarda risk iştahının artacağı güman edilir. 
 
Xatırladaq ki, Fed sonuncu dəfə dekabrın 16-da dolların uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etmişdi. Fed dollar faizini 0-0,25% civarından 0,50%-ə yüksəldib. Fed 2016-cı ildə faiz dərəcəsinin artırılacağı ilə bağlı qərar qəbul edib. 
 
Şahin Həbibov
BAKU.WS