Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək.
 
Kənd Təsərrüfatı Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində ucuz qurbanlıq heyvanların satışı həyata keçiriləcək. 
 
Ucuz qurbanlıqlar Qurban Bayramı ilə əlaqədar əhalinin tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınmasına kömək edəcək. 
 
Nazirlikdən bildirilir ki, satış yerlərinin ünvanları barədə əlavə məlumat veriləcək.
 
ŞAHİN Həbibov
BAKU.WS