SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dollar Yaponiya Mərkəz Bankının (BOJ) və ABŞ Mərkəzi Bankının (Fed) bu gün açıqlanacaq qərarlarından öncə əhəmiyyətli valyutalar qarşısında dəyər itirib.

BAKU.WS-in məlumatına görə, BOJ və Fed-in sentyabr ayı üçün pul siyasəti haqqında verəcəyi qərarların ABŞ milli valyutasının qiymətinə artıq təsir edir. ABŞ-da iqtisadi məlumatların açıqlanmasından sonra faiz ardırımı ehtimalı 40%-dən 20% səviyyəsinə qədər geriləyib. 

Fed-in uçot dərəcəsini artırmayacağı iddiaları dolların on əhəmiyyətli pul qarşısında ucuzlaşmasına səbəb olub. Avro dollar qarşısında 0,21% dəyər qazanaraq 1,1199 səviyyəsinə çatıb, funt sterlinq isə 0,1% geriləyib. Yapon yeni isə dollar qarşısında 0,23% güclənərək 101,69 səviyyəsinə yüksəlib. 
 
Qeyd edək ki, Fed-in pul siyasətlərini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin (FOMC) bu gün toplantısı keçirilir. İclasda dolların uçot dərəcəsinin artırılması məsələsi müzakirəyə çıxarılacaq və yekun qərar qəbul olunacaq. 

Şahin Həbibov
BAKU.WS