SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qlobal investisiya bankı "Goldman Sachs" iqtisadçıları Jan Hatzius və Zak Pandlin ABŞ Mərkəzi Bankının (Fed) sədri Canet Yellenin son açıqlamalarını şərh edib.  
 
BAKU.WS-in məlumatına görə, bankın hesabatına əsasən sentyabr ayında dolların uçot dərəcəsinin artırılması ehtimalı daha aşağıdır. Bank bu vəziyyətdə son məlumatların (ABŞ-ın məşğulluq haqqındakı məlumatı) açıqlanması ilə bazarların "qısa dövr" üçün sabit qalacağını güman edir.
 
"Goldman"a görə iqtisadi göstəricilər Fed üçün böyük bir ehtimalla kafi olaraq qiymətləndiriləcək. Fed-in sentyabr ayında faiz artırımına getməsi ehtimalı aşağıdır. 

"Goldman Sachs" məşğulluq məlumatının açıqlanmasından sonra sentyabr ayında faiz artırımına gedilməsi ehtimalını 55% olaraq müəyyənləşdirib. Bankın hesablamalarına görə, 2016-ci il ərzində dollarda faiz artırımına gedilməsi ehtimalı 80% səviyyəsindədir. 
 
Qeyd edək ki, Fed-in pul siyasətlərini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin (FOMC)20-21 sentyabr tarixlərində toplantısı keçiriləcək. İclasda dolların uçot dərəcəsinin artırılması məsələsi müzakirəyə çıxarılacaq və yekun qərar qəbul olunacaq. Fed-in mühüm iclası yaxınlaşdıqca dollar bütün valyutalar qarşısında bahalaşmaqda davam edir.
 
Şahin Həbibov
BAKU.WS