VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"ABŞ-da məşğulluqla bağlı açıqlanan rəqəmlər dolların uçot dərəcəsinin artımı üçün iyun ayı ehtimalını yenidən gündəmə gətirdi."
 
BAKU.WS-in məlumatına görə, bu sözləri Pimco (Pasifik İnvestisiya İdarə Şirkəti) qlobal portfel idarəetmə müdiri Skot Mazer "Bloomberg International"a açıqlamasında deyib. Mazer bu il ABŞ Mərkəz Bankından (Fed) 2 və ya 3 faizlik artım gələcəyini güman etdiyini bildirib. 

Fed-in birjalara və rəsmi rəqəmlərə əsaslanaraq iyun ayında faiz artımına gedəcəyi ehtimalı 35%-dən 42%-ə yüksəlib. "Credit Agricole"nun stabil gəlir gətirən alətlər üzrə strategiya müdiri olan David Kibl iyun mövzusunda həmfikirdir. Kiblin fikrincə faiz artımı hətt daha erkən də ola bilər. 

BAKU.WS