VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dollar ABŞ Mərkəzi Bankının (Fed) sədri Janet Yellenin ötən günki şərhlərindən sonra son beş ilin ən pis aylıq performansına yönəlib.
 
BAKU.WS-in məlumatına görə, Yellen dolların uçot dərəcəsinin artırılması ilə bağlı ehtiyyatlı davranacaqlarını bildirib. Bundan sonra ABŞ dolları 10 əhəmiyyətli pul qarşısında ucuzlaşmağa başlayıb.
 
Pisləşən qlobal iqtisadi böyümə mühitində Fed-in faiz ardırımı mövzusunda "təmkinli" davranacağını bildirməsi ABŞ milli valyutasının dəyərdən düşməsinə səbəb olub. 

ABŞ pul vahidi Yaponiya yeni qarşısında 0,9% ucuzlaşaraq 112,51 səviyyəsinə enib. Dollar avro qarşısında da cuzi ucuzlaşıb. Dollar avro qarşısında 0,8% zəifləyərək 1,1295 səviyyəsinə geriləyib. 
 
Analitiklər son bir həftə ərzində valyuta bazarında sürətlə bahalaşmaqda olan dolların kəskin ucuzlaşacağını proqnozlaşdırır. 
 
Şahin Həbibov
BAKU.WS