SİZİN REKLAM BURADA!
055 213 76 73


“Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılmasından 1 il keçir”.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında paylaşım edib:

“Sahibkarlar üçün əlverişli investisiya imkanlarına malik Sənaye Parkı regionun iqtisadi potensialının reallaşdırılması və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm mexanizmdir. Hazırda rezident olmaq üçün 30 milyon manat çox investisiya dəyərində 6 layihəyə baxılır. Bu layihələrin reallaşdırılması 400-dən çox daimi iş yerinin açılması imkanı yaradacaq.

Sənaye Parkının ilk rezidenti “KAMAZ Lizinq Azərbaycan” isə artıq tikinti işlərinə başlayıb”.

BAKU.WS
VİDEO