VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir".

BAKU.WS xəbər verir ki, bunu prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib:

"Biz 10 milyardlarla birbaşa xarici investisiyadan məmnunuq. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox vacibdir. İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir".

BAKU.WS