Azərbaycanda devalvasiya olacağı iddiasına rəsmi cavab

Azərbaycanda devalvasiya olacağı iddiasına rəsmi cavab
İqtisadiyyat 4495

 

"Devalvasiya ilə bağlı söhbətlər sırf ajiotajdır və bunun nəticəsində spekulyantlar qazanır".

BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, bunu Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

"Bu gün çox sayda insan manatı yüksək məzənnə ilə dollara dəyişir. Sonra ona manat lazım olanda, aşağı məzənnə ilə dollar satır. Nəyə görə? Kimdənsə eşidib ki, devalvasiya olacaq. Nəticədə isə vətəndaş itki ilə üzləşir. Devalvasiya ilə bağlı söhbətlər sırf ajiotajdır və bunun nəticəsində spekulyantlar qazanır. Heç zaman hansısa valyutanın ardınca qaçmaq lazım deyil. Bu cür əməliyyatlar yüksək riskli spekulyativ əməliyyatlar sayılır. Bu əməliyyatlar nəticəsində qazanc əldə etmək olduqca çətindir. Bunu yalnız çox yüksək səviyyədə biliklərə malik olan treyderlər edə bilərlər, lakin onlar da çox vaxt itki ilə üzləşirlər. Hansı valyutada qazanc əldə edirsinizsə, o valyutada da xərcləmək lazımdır", - deyə icraçı direktor qeyd edib.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dollar qəfil bahalaşır: devalvasiya təhlükəsi var

Azərbaycanda dollar qəfil bahalaşır: devalvasiya təhlükəsi var

Bu gün səhərə manatın məzənnəsi açıqlanıb. Azərbaycan Mərkəzi Bankından BAKU.WS-ə verilən məlumata görə, 14.06.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,51...

3919 İqtisadiyyat 08:40 14 iyun 2016

Son xəbərlər