SİZİN REKLAM BURADA!
055 213 76 73


COVID-19 pandemiyasının yaratdığı təxminən ikiillik xaosdan sonra 2022-ci ildə həyat normal axarına dönəcək, qlobal iqtisadiyyat isə koronavirusun vurduğu yaralardan tam sağalacaq.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “CNN Business” “JPMorgan Chase”in proqnozuna istinadən məlumat yayıb.

“Hesab edirik ki, 2022-ci il qlobal iqtisadiyyatın tam bərpası, pandemiyanın sona çatması və COVID-19-un başlanmasından əvvəlki normal vəziyyətə qayıdış ili olacaq. Bu, əhalidə geniş populyasiyalı immunitetin yaranmasına nail olmaqla və insan zəkasının köməyi ilə əldə ediləcək”, - “JPMorgan”ın qlobal bazarlar üzrə baş strateqi Marko Kolanoviç müştərilər üçün qeyddə yazıb.

ABŞ-ın ən böyük bankı səhiyyə sahəsində irəliləyişin qlobal mobilliyə qayıdış, eləcə də əhəmiyyətli istehlak və biznes xərcləri ilə əlamətdar olan “güclü” iqtisadi bərpaya səbəb olacağını gözləyir.

“JPMorgan” yavaş templə də olsa, fond bazarında artımın davam edəcəyini proqnozlaşdırır. Bank 2022-ci ilin sonuna qədər “S&P500” indeksinin hazırkı səviyyəsindən 8% artaraq 5 050-yə çatacağını gözləyir.

Eyni zamanda, “Citigroup”un çərşənbə axşamı ABŞ-da neftin qiymətinin gələn ilin dördüncü rübündə orta hesabla bir barel üçün 59 dollara düşəcəyini proqnozlaşdırsa da, “JPMorgan” enerji daşıyıcıları ilə bağlı nikbinliyini qoruyur və neftin (WTI markalı) barelinin orta hesabla 86 ABŞ dolları, qlobal etalon hesab edilən “Brent” markalı neftin isə 90 dollar/barel səviyyəsində olacağını gözləyir.

BAKU.WS