VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin I yarısında Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 886,1 milyon manat, büdcə xərcləri isə 4 708,7 milyon manat təşkil edib.

BAKU.WS bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, 2021-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4,959.1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4,175.0 milyon manat, bonus ödənişləri 768.6 milyon manat, tranzit gəlirləri 10.8 milyon manat, akrhesabı ödənişlər 4.7 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1,927.0 milyon manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1,258.2 milyon manat təşkil etmişdir.

Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 4,696.7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 1.4 milyon manat yönəldilmişdir. 2021-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10.6 milyon manat təşkil etmişdir.

2021-ci il iyunun 30-a Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43,564.3 milyon ABŞ dolları) nisbətən 1.24% artaraq 44,104.9 milyon ABŞ dolları təşkil etmişdir.

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır.

BAKU.WS