VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Respublikada arpa biçini davam edir. İyunun 3-nə olan operativ məlumata görə, artıq 36148 hektar sahədə biçin başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, sahələrdən 102032 ton məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 28,2 sentner təşkil edir.

Azərbaycanın 35 rayonunda gedən arpa biçini prosesinə 1139 kombayn cəlb olunub. Bunlardan 403-ü “Aqroservis” ASC-nin rayon bölmələrində olan kombaynlardır. “Aqroservis” ASC tərəfindən biçin zonasına digər rayonlardan 183 kombayn dislokasiya edilib. Arpa biçinində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 553 kombayn da iştirak edir. İndiyədək “Aqroservis” ASC-nin kombaynları tərəfindən 21402 hektar, fiziki və hüquqi şəxsləri kombaynları tərəfindən isə 14746 hektar sahədə biçin aparılıb.

Azərbaycanda kütləvi taxıl biçini iyunun ikinci ongünlüyündə başlayacaq.

BAKU.WS