SİZİN REKLAM BURADA!
055 213 76 73


2021-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5736,4 mln. manat və ya rüblük proqnoza qarşı 23,5 mln. manat, 0,4 faiz çox icra olunub.

Maliyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2085,7 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 363,8 mln. manat və ya 21,1 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 45,8 mln. manat və ya 2,2 faiz çoxdur.

Həmin vəsaitin 72,2 faizi və yaxud 1507,0 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 110,6 mln. manat və ya 7,9 faiz çoxdur.

2021-ci ilin 1-ci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 943,6 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 158,6 mln. manat və ya 20,2 faiz çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən mədaxil 115,0 mln. manat vəsait təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 mln. manat və ya 5,0 faiz çoxdur.

Sair daxilolmalar üzrə dövlət büdcəsinə 78,4 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 48,4 mln. manat və ya 2,6 dəfə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 39,0 mln. manat və ya 2,0 dəfə çoxdur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin 1-ci rübündə mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən proqnoza nisbətdə 536,3 mln. manat və ya 17,6 faiz az, yəni 2513,7 mln. manat daxilolma qeydə alınıb.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan proqnozdan az daxil olmuş vəsait nəzərə alınmadan belə cari ilin birinci rübündə 212,7 mln. manat məbləğində profisit yaranıb.

BAKU.WS