SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bu gün Azərbaycanda idxal olunan nəqliyyat vasitələri ilə bağlı hesabatımızda da qeyd etdik ki, avtomobil parkımız köhnədir. Bunun yenilənməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarlarında istismar olunmuş nəqliyyat vasitələrinə nə qədər vergiləri, rüsumları qaldırsaq da, qiymətlə insanların alıcılıq qabiliyyətini nəzərə alaraq son dövrlərdə bu sahədə artım yeni nəqliyyat vasitələri deyil, köhnə istismar edilmiş nəqliyyat vasitələrinin idxalına üstünlük verilib".

BAKU.WS xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.

Komitə sədri əlavə edib ki, bu parkın yenilənməsi üçün yeni nəqliyyat vasitələrinin gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin, xüsusilə benzinlə işləməyən digər nəqliyyat vasitələrinə üstünlük verilməsi ilə bağlı müəyyən layihələr müzakirə olunur:

"Burada istehsalı 5 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməməsi və ya gətirilərsə belə, onlara olan vergi rüsumlarının artırılmasından gedir ki, köhnə avtomobillərin idxal ehtimalı az olsun".

BAKU.WS