Elman Rüstəmov: "Bu il Azərbaycanda inflyasiya 4% civarında olacaq"

Elman Rüstəmov: Bu il Azərbaycanda inflyasiya 4% civarında olacaq
İqtisadiyyat 76

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrda yenilənmiş proqnozlarına görə, ölkədə inflyasiyanın 2021-ci ildə 4% diapazonunda formalaşacağı gözlənilir.

BAKU.WS "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu, fiskal stimullaşdırılma və istehlakın bərpası ilə bağlıdır.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda inflyasiya 2,8% təşkil edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər