VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Müxtəlif ölkələr arasında dollar və xarici valyutadan istifadə qadağan edilsə də, ticarət əlaqələri yalnız milli valyuta əsasında qurulsa da, müsbət heç nə baş verməyəcək. Çünki o dövriyyəni həyata keçirən sahibkarlıq subyekti həmin vəsait əlinə keçən kimi dərhal onu dollara çevirəcək və yenə bazarda həmin valyuta alınacaq”.

Bu fikri BAKU.WS-ə iqtisadçı ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, digər problem ondan ibarətdir ki, orta və uzun müddətli dövrdə həmin milli valyutaların məzənnəsini proqnozlaşdıra bilməyən sahibkarlar artıq xarici ticarət və biznes münasibətlərində maraqlı olmayacaq:

“Bu məsələdə risklər çox yüksəkdir. Misal üçün türk lirəsini götürsək, hansı sahibkar 3 aylıq yığımlarını bu valyutada saxlayar? Çünki Türkiyə lirəsi iki il ərzində 2 dəfə dəyərini itirib. Bundan əlavə xarici ticarətdə iştirak edən hər hansı biznesmen İranın milli valyutası ilə uzun müddətli müqavilə bağlamaqdan imtina edər.

Vahid valyuta növünün yaradılması elə də asan məsələ deyil. Hətta mükəmməl struktura malik Avropa Birliyi də öz valyutası ilə bağlı müəyyən çətinliklərlə üzləşir. Çünki həmin valyutanın məzənnəsinə fərqli ölkələrdəki qəbul edilən qərarlar təsir edir".

Orxan Hüseyn
BAKU.WS