VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 

 

"Bu il ərzində Cənubi Azərbaycanda investisiya qoyuluşunun həcmi bir milyard 749 milyon dollara çatıb".
 
BAKU.WS-in məlumatına görə, bunu İranın Cənubi Azərbaycan üzrə iqtisadiyyat və maliyyə işləri üzrə müdiri Rza Hüseyni deyib. Onun sözlərinə görə, Cənubi Azərbaycanda 67 xarici investisiya layihəsi təsdiq edilib:
 
"Bunlardan 51-i artıq həyata keçirilir, 13 layihənin isə üzərində işlənilir. Yerdə qalan 3 layihə hələlik aktiv deyil. Türk sərmayəçiləri 39 layihə ilə, Azərbaycan 12, Almaniya 4, Çin 3, ABŞ 2, Əfqanıstan, Ermənistan, Tatarıstan, İspaniya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapur 1 layihə ilə xarici investisiyalarda aktivdir".
 
Qeyd edək ki, Cənubi Azərbaycan şimal-qərbi İranda, tarixi Azərbaycanın Araz çayından cənubda qalan qismində yerləşir. Cənubi Azərbaycan əhalisinin
ana dilinə əsasən etnik tərkibinə görə, 97,80%-ni azərbaycanlılar təşkil edir. 
 
ŞAHİN Həbibov
BAKU.WS