Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatlarını dolların məzənnəsini kəskin şəkildə aşağı salmaqla hədələyib. 
 
ABŞ Səudiyyə Ərəbistanının "11 sentyabr" terrorunda rolu olduğu qeyd edilən qanun layihəsini Konqresdən keçirmək istəyir.

Kral Salman Federal Ehtiyat Sisteminin 750 milyard dollarlıq istiqrazlarını satacağını bəyan edib.
Əgər qanun layihəsi Konqresdən səs çoxluğu ilə keçərsə, rəsmi Vaşinqton Səudiyyəni məhkəməyə vermək hüququna malik olacaq.

Rəsmi ər-Riyad isə xəbərdarlıq edib ki, əgər qeyd edilən qanun layihəsi Konqresdən keçərsə, dolların qiymətini xeyli ucuzlaşdıracaq.

"New York Times" qəzeti yazır ki, Kral Salmanın hədə dolu məktubunu keçən ay Səudiyyə ərəbistanı xarici işlər naziri Adel əl-Zübeyir şəxsən ABŞ hökumətinə təqdim edib.

Kral göndərdiyi məktubda yazıb ki, Konqres qanun layihəsinin lehinə səs verərsə, Səudiyyə Ərəbistanı əlində olan Federal Ehtiyat Sisteminin 750 milyard dollarlıq istiqrazlarını təcili satacaq.

İqtisadçılar isə hesab edir ki, Səudiyyə Ərəbistanın bu yolu seçməsi ər-Riyada çətinliklər yaradacaq. ABŞ mətbuatı yazır ki, prezient Barak Obama qanun layihəsinin Konqresdən keçməməsi üçün lobbi fəaliyyətlərinə start verib.
 
Dolların məzənnəsi rekord dərəcə keçən ilin dekabrın 16-da bahalaşıb. Həmin gün Federal Ehtiyat sistemi baza faiz dərəcəsini 0,25 faizdən 0,5 faizə qaldırıb. Buna qədər FES-in baza dərəcəsi 0-0,25 faiz arasında dəyişirdi.

Bu, ABŞ tarixində ən aşağı göstəricidir və 2008-ci ildən bu yana qüvvədə idi. Dərəcə 2007-2008-ci illərdə baş vermiş böhran səbəbindən ABŞ iqtisadiyyatına dəstək məqsədi ilə endirilmişdi.

FES-in bu qərarından sonra - dekabrın 21-də Azərbaycan Mərkəzi Bankı üzən məzənnə rekiminə keçid elan etdi. Azərbaycan milli valyutası ikinci dəfə devalvasiya oldu və 1 AZN 1.55 dollara bərabər oldu.

FES bu il martın 16-da uçot dərəcəsi ilə bağlı növbəti iclasını keçirib. lakin bu dəfə FES uçot dərəcəsini dəyişməyib və 0,25 - 0,50 faiz diapazonunda saxlayıb. İqtisadçılar hesab edir ki, əgər Kral Salman FES-in 750 milyard dollarlıq istiqrazlarını satışa çıxararsa, dollar sürətlə ucuzlaşacaq və FES uçot dərəcəsini dəyişməyə məcbur olacaq.
 
ANS PRESS
BAKU.WS