“Azericard”dən əhaliyə MÜRACİƏT - Müştərilərə aldadıcı SMS-lər göndərilir

“Azəricard” MMC prosessinq mərkəzi xidmət göstərdiyi bankların kart müştərilərinə müraciət edib.
BAKU.WS-in "report"a istinadən məlumatına görə, müraciətdə deyilir ki, kart istifadəçilərinə şirkətin adından köçürülmə və hesabdan silinmə ilə bağlı aldadıcı SMS-lər göndərilir.
"Bu SMS-lərin "Azericard"la bağlılığı yoxdur, yalnış informasiya daşıyır. Vətəndaşları onlara, eləcə də naməlum nömrələrdən gələn zənglərə qarşı ehtiyatlı olmağa çağırırıq.
Bank kartlarınızda qarşılaşdığınız şübhəli vəziyyətlərlə bağlı müştərisi olduğunuz banka və yaxud "Azericard"ın müştəri xidmətlərinə - 194 nömrəsinə müraciət edin", - deyə prosessinq mərkəzi bəyan edib.
Oxşar xəbərlər
Krediti olanlara şad xəbər: banklar məhkəmə yolu ilə borcu geri ala bilməyəcək
"Bu il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 2 milyon 304 min 585 müştərinin kredit hesabı var. Bu isə o deməkdir ki, hər 4 nəfərdən birinin ya özünün v...
