Zəlzələdə 280 qohumunu itirən qadın danışdı: "Edə biləcəyim tək şey məzarları ziyarət etməkdir"
Fatmanur Özbağış adlı qadın Türkiyədə iki əvvəl yaşanan zəlzələdə 280 qohumunu itirib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Fatmanur 2023-cü il fevralın 6-da baş verən təbii fəlakət zamanı dağıntılar altında qalıb. O 14 saatdan sonra Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları tərəfindən dağıntılar altından çıxarılaraq xəstəxanaya göndərilib.
Fatmanur zəlzələdə ata və anası da daxil olmaqla 280 yaxınını itirib.
"Bu həyatda ananız yoxdursa, heç kiminiz yoxdur. Birlikdə yığışdığımız, gülüşlər ucaldığı bir səhər yeməyi masası yoxdur. İndi edə biləcəyimiz tək şey məzarları ziyarət etməkdir" - deyə Fatmanur bildirib.
Qalereya
Oxşar xəbərlər
Avtobus TIR-a çırpıldı: 6 ölü, 11 yaralının olduğu qəzanın GÖRÜNTÜLƏRİ
Türkiyənin Osmaniye şəhərində dəhşətli yol qəzası baş verib. BAKU.WS xəbər verir ki, hadisə şəhırin Bahçe rayonunda qeydə alınıb. İçərisində sərnişinlər olan a...