Zəlzələ zamanı binada olan hovuz insanların üzərinə aşdı - ANBAAN
Taylandın paytaxtı Banükokda baş verən zəlzələ nəticəsində bir göydələnin damında yerləşən hovuzdan axan güclü su kütləsi insanları yuyub aparıb.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntüləri "Readovka" nəşri dərc edib. Hadisənin Çaynataun bölgəsində baş verdiyi bildirilir.
Videogörüntülərdə yeraltı təkanlar zamanı binanın damında yerləşən hovuzdan güclü su axınının küçədəki insanlara qəfil töküldüyü görünür. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət ala biləcəyi ehtimal edilir. Rəsmi qurumlar hələlik hadisə ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, martın 28-də Myanmada 7,7 maqnitudalı güclü zəlzələ baş verib. Yeraltı təkanlar qonşu ölkələrdə, o cümlədən Taylandda da hiss olunub. Bangkokda zəlzələ yerli vaxtla saat 13:20-də qeydə alınıb.
Myanmar'daki 7.7'lik depremden görüntüler.
— DarkWeb Haber (@darkwebhaber) March 28, 2025
Gökdelendeki havuzlar, sarsıntının etkisiyle aşağı döküldü.
pic.twitter.com/PiDCUVi2QI https://t.co/D0nSN8kzAI
Oxşar xəbərlər
Buralarda yavaş gedən maşın dron qurbanıdır: "Səhərki hücumun qarşısını tanışım aldı"
- Buraxacaqsınız, gedim, yoxsa yox? - Çox sürətlə gəlirdiniz, - deyə papağının arxasından başını qaşıyan ukraynalı polis tərəddüdsüz dillənərək davam etmək istə...