Zelenskinin həyat yoldaşı rəssamları Ukraynaya qayıtmağa çağırdı

Zelenskinin həyat yoldaşı rəssamları Ukraynaya qayıtmağa çağırdı
Dünya 107

Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenski rəssamları Ukraynaya qayıtmaları üçün çağırış edib.

BAKU.WS xəbər verir ki, bu barədə o, teleqram kanalında yazıb.

Ukraynanın birinci xanımı həyat yoldaşı ilə birlikdə Nyu-Yorkda "Ukrayna Muzeyi" tərəfindən təşkil edilən modern və avanqard rəssamların sərgisini ziyarət edib.

O, həmçinin xatırladıb ki, xüsusi hərbi əməliyyatın başlamasından sonra dünya muzeyləri bir sıra rəssamları əvvəllər olduğu kimi rus və ya sovet deyil, ukraynalı kimi qeyd etməyə başlayıblar. Zelenska bu rəssamlar arasında Ayvazovski, Maleviç və Kuincini qeyd edib.

"Bu gün biz Nyu-Yorkda Ukrayna incəsənətinin dekolonizasiyasını davam etdiririk. Ukrayna Muzeyi ABŞ-a və dünyanın hər yerindən gələn qonaqlara bizim modernist və avanqard rəssamlarımızı imperiyanın illərdir yerləşdirdiyi kimi rus və ya sovet yox, ukraynalı kimi təqdim edir".

Xatırladaq ki, sentyabrda ruslaşdırmanın aradan qaldırılması siyasəti çərçivəsində Ukrayna Ali Radası 327 yaşayış məntəqəsinin adının dəyişdirilməsinə səs verib. Xüsusilə, Odessa vilayətindəki Roşça kəndi Yeni Paris, Sumy vilayətindəki Moskovski Bobrik isə Lebedini Bobrik adlandırılacaq.

Oxşar xəbərlər

Son xəbərlər