Zelenskidən Donbasdan qoşunların çıxarılması məsələsinə MÜNASİBƏT
Ukrayna Prezidenti Volodimir Zelenski Donbas ərazilərindən imtina edərək onların Rusiyaya verilməsinin ölkə daxilində ciddi parçalanma yaradacağını bəyan edib.
BAKU.WS xəbər verir ki, o, bu fikirləri BBC-yə müsahibəsində səsləndirib.
"Bunu mən dəstəkdən imtina kimi qəbul edirəm - mövqelərimizin zəiflədilməsi, orada yaşayan yüz minlərlə vətəndaşımıza dəstəkdən imtina kimi. Mən bunu belə görürəm. Əminəm ki, belə bir addım cəmiyyətimizi parçalayacaq", - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, belə bir ssenari yalnız döyüş əməliyyatlarının müvəqqəti dayanmasına gətirib çıxara bilər, lakin problemin köklü həllini təmin etməz.
Oxşar xəbərlər
Daha bir ölkə Aİ-yə sürətlə qoşulmaq istəyir
İslandiya 2027-ci ilə qədər Avropa İttifaqına (Aİ) üzvlük prosesinin yenidən başlanması ilə bağlı referendum keçirə bilər. BAKU.WS xəbər verir ki, bu barədə "P...