Zelenski: Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinə hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinin hazırlığı ilə məşğuldur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı artıq mübadilə üçün zəruri olan sənədləri və siyahıları hazırlayıb, Rusiya tərəfi ilə müntəzəm əlaqə saxlayır.
"Bu il artıq baş tutmuş mübadilələrin nəticələrini və sonrakıların hazırlığını müzakirə etdik. Ümid edirik ki, yaxın vaxtlarda Rusiyada və müvəqqəti işğal olunmuş ərazidə əsirlikdə olan ukraynalıları evdə qarşılaya biləcəyik", - bəyanatda bildirilib.
Zelenskinin sözlərinə görə, bütün kateqoriyalar üzrə Ukrayna vətəndaşlarının - jurnalistlərin, məmurların və hərbçilərin geri qaytarılması üzərində iş aparılır.
Fevralda Ukrayna lideri bəyan edib ki, Rusiyada 7 min, Ukraynada isə 4 min əsir saxlanılır.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...