Zelenski: Ukrayna NATO-ya qəbul olunmasa, 1,5 milyonluq orduya sahib olmalıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanı NATO-da görmək istəmirlərsə, bizim 1,5 milyon hərbçidən ibarət ordumuz olmalıdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"NATO-da deyiliksə və ya hazırda NATO-da deyiliksə, bizim konkret sayda hərbçidən ibarət, qorumağa qadir olan ordumuz olmalıdır. Mən sizə sadəcə rəqəmləri deyirəm. Bu, 1,5 milyon nəfərlik ordu olmalıdır", - o deyib.
Zelenskinin sözlərinə görə, Ukrayna ordusu şəxsi heyət baxımından indi təxminən bunun yarısı qədərdir. O vurğulayıb ki, bunu nəzərə almaqla 1,5 milyonluq ordunu saxlamaq indiki kimi 40 milyard dollara deyil, 60 milyard dollara başa gələcək.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...