Zelenski müharibəni dayandırmaq üçün Moskvaya təzyiq etməyə Çini inandırmağa çağırıb
Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyəti müharibəni dayandırmaq üçün Çini Rusiyaya təsir göstərməyə inandırmağın yollarını axtarmağa çağırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ölkə lideri Kiyevdə keçirilən birinci xanımlar və cənabların beşinci sammitində bildirib.
Onun fikrincə, Moskva artıq xammal tədarükçüsü və iqtisadi tərəfdaş kimi Pekinlə sıx bağlıdır, Çin isə mühüm təsir rıçaqlarına malik olan ölkədir.
Ukrayna lideri əlavə edib ki, bu çağırışlara cavab ABŞ və Qərb müttəfiqlərinin gücü və birliyindən, həmçinin sanksiyaları saxlamaq, Rusiya aktivlərini müsadirə etmək və Moskvanın beynəlxalq təcridini artırmaq əzmindən asılıdır.
Oxşar xəbərlər
Mərakeşdə sel və fırtına: ölənlərin sayı 21-ə yüksəldi
Mərakeşdə güclü sel və şiddətli fırtına ciddi fəsadlara yol açıb. Yerli mənbələrin məlumatına görə, ölkənin Asfi şəhərində baş verən təbii fəlakət nəticəsində h...