Zelenski: Kiprdə Ukraynanın Aİ-yə üzvlüyü prosesinin inkişafı barədə razılıq əldə olunub
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiprdə Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqlar klasterlərinin artıq 2026-cı ildə blokdan çıxarılması barədə razılıq əldə edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə o, Kiprdə Aİ liderləri ilə qeyri-rəsmi görüşün yekunlarına əsasən məlumat yayıb.
"Tərəfdaşlarla razılığa gəldim ki, 2026-cı ildə bütün klasterləri açaq. Yeni çağırışlar olmazsa, biz bunu yaxın aylarda etmək üçün hər şeyi edəcəyik. O ki qaldı fast-trekə və ya Ukraynanın Aİ-yə tamhüquqlu üzvlüyünün digər yollarla sürətləndirilməsinə, Avropada fərqli fikirlər var. Ümumi olan bir şey var: hamı başa düşür ki, Ukrayna bu statusu mümkün qədər tez almalıdır", - Zelenski qeyd edib.
Onun sözlərinə görə, hazırda həm Ukraynanın, həm də Aİ-nin bir-birinə ehtiyacı var.
"Hazırda elə bir geosiyasi vəziyyətdəyik ki, bizim Aİ-yə ehtiyacımız var və birliyin də Ukraynaya çox ehtiyacı var. Buna görə də biz prosesi sürətləndirməliyik. Nəinki Kiyev, Avropa ölkələri də Ukraynanın daxil olmasını sürətləndirmək üçün hər şeyi etməlidirlər", - o bildirib.
Oxşar xəbərlər
Tramp: ABŞ İrandan yeni təklif alıb
ABŞ Prezidenti Donald Tramp İslamabaddakı görüşün uğursuzluğundan sonra İranın Vaşinqtona yeni təklif verdiyini açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər ver...