Zelenski: İndi sülh üçün real şansın olduğu zamandır
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri teleqram kanalında yazıb.
"Mən ona tərəfdaşlarla təmaslar, müharibəni bitirmək üçün diplomatik səylərimiz barədə məlumat verdim. Əslində, liderlərlə daimi əlaqə saxlayırıq. İndi sülh üçün real şansın olduğu zamandır. Amma sülh ədalətli və sabit olmalı, təhlükəsizliyə təminat verilməlidir. Bu, təkcə Ukrayna üçün deyil, Avropanın hər bir ölkəsi üçün vacibdir", - Zelenski qeyd edib.
Onun sözlərinə görə, tərəflər Ukrayna və Avropasız qəbul edilən istənilən qərarda eyni dərəcədə təhlükə görürlər.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...