Zelenski ABŞ-ni Ukraynada sülh danışıqlarını gecikdirməkdə günahlandırdı

Zelenski ABŞ-ni Ukraynada sülh danışıqlarını gecikdirməkdə günahlandırdı
Dünya 27

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün danışıqların Yaxın Şərqdəki gərginlik səbəbindən "Santa Barbara" teleserialı kimi uzandığını deyib.

BAKU.WS xəbər verir ki, bu barədə Ukraynanın "Suspilne" qəzeti məlumat yayıb.

Zelenski bildirib ki, amerikalılar onunla ilə görüşməyə hazırdılar, amma bu, yalnız ABŞ ərazisində baş verib, çünki Yaxın Şərq münaqişəsi və onu əhatə edən vəziyyət onların ölkəni tərk etməsinə mane olur.

Zelenski onu da qeyd edib ki, Ukrayna nümayəndə heyəti Vaşinqtona və ya Mayamiyə uçmağa hazırdır . Ukrayna lideri əlavə edib ki, ABŞ Türkiyə və ya İsveçrədə danışıqlar aparmaq təkliflərini rədd edib.

Növbəti danışıqlar mərhələsinin necə və harada keçiriləcəyi görüşün ev sahibliyi etdiyi ABŞ-dən asılıdır. Zelenski sonda qeyd edib ki, Kiyev Vaşinqtondan cavab gözləyir.

Son xəbərlər