"Yüz ilin qasırğası" ABŞ-ə çatdı – "Milton" qarşısına çıxan hər şeyi məhv edir
ABŞ-də Tampa Körfəzini vurmağa başlayan və Prezident Co Bayden tərəfindən "Yüz ilin qasırğası" olaraq adlandırılan "Milton" qarşısına çıxan hər şeyi dağıdaraq Floridaya doğru irəliləməyə davam edir.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, "Milton" qasırğası saatda 230 km-ə qədər olan külək təsiri ilə evlərə böyük ziyan vurub.
Bir çox ağac və elektrik dirəkləri yarasız vəziyyətə düşüb, Sarasota bölgəsi və ətrafında artıq 1,7 milyon insan elektriksiz qalıb.
Co Bayden "Milton" qasırğasının səbəb ola biləcək ziyanlara qarşı əvvəlcədən tədbir almaq məqsədilə federal fəlakət elanını təsdiqləyib.
"Milton" bu istiqamətdə davam edərsə, son 100 ildə Tampa körfəzini vuran ən güclü qasırğa olacaq.
Oxşar xəbərlər
İstanbul boğazında nəqliyyatın hərəkəti bu səbəbdən DAYANDIRILDI
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi İstanbul boğazında nəqliyyatın hərəktinin dayandırıldığını açıqlayıb. BAKU.WS xəbər verir ki, buna səbəb həmin...