Yunanıstanda su böhranı: 12 adada fövqəladə vəziyyət elan edildi
Yunanıstanda su ehtiyatlarının azalması fonunda 12 adada fövqəladə vəziyyət rejimi tətbiq olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, quraqlıq, su istehlakının artması və mövcud infrastrukturun tələbatı qarşılaya bilməməsi səbəbindən, o cümlədən bir sıra turizm adalarında fövqəladə vəziyyət elan edilib.
Yunanıstanın Ətraf Mühit və Su Ehtiyatları üzrə baş katibi Petros Varelidis bildirib ki, su qıtlığı bir çox ada üçün uzunmüddətli problemdir. Onun sözlərinə görə, yeni turizm layihələri planlaşdırılarkən mövcud su və infrastruktur imkanları mütləq nəzərə alınmalıdır.
Varelidis qeyd edib ki, bəzi adalarda içməli su şəbəkələrində itkilər 60 faizə qədər yüksəlib. Bu səbəbdən yeni obyektlərin tikintisindən əvvəl su təchizatı sistemlərinin yenilənməsi və modernləşdirilməsi prioritet məsələ hesab olunur.
Rəsmilər xəbərdarlıq edirlər ki, iqlim dəyişiklikləri və turist axınının artması yaxın illərdə ölkənin ada bölgələrində su çatışmazlığını daha da dərinləşdirə bilər.
Oxşar xəbərlər
ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib
ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zə...