Yeni qüvvələr nisbəti: Körfəz ölkələri İranla mübarizədə İsraili dəstəkləməyə hazırdır
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin İrana hücumu halında Körfəz ölkələrinin hansı strategiyanı seçəcəkləri bəlli olub.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "Əl-Hürra" telekanalının öz mənbələrinə istinadən xəbər verib.
Bildirilib ki, bir sıra Körfəz ərəb ölkələri İrana hücum halında Təl-Əvivi dəstəkləməyə hazırdır.
Xatırladaq ki, oktyabrın 1-də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Həqiqi Vəd-2" əməliyyatı çərçivəsində İsrailə çoxlu sayda raket atıb. İsrail hərbçiləri bildiriblər ki, bu atəşə lazım bildikləri vaxt cavab verəcəklər.
İranın xarici işlər naziri Abbas Əraqçı İsrail hərbi qüvvələrinin İslam Respublikasına zərbə endirəcəyi təqdirdə İsraildə zərbə altına düşəcək hədəflərin müəyyən olunduğunu bəyan edib. Onun sözlərinə görə, İrana qarşı hər hansı hücum "qırmızı xətt"in keçilməsi hesab ediləcək və cavabsız qalmayacaq.
Bundan əlavə, nazir bildirib ki, ABŞ İsraili dayandıra bilərdi. O hesab edir ki, amerikalılar tam miqyaslı müharibəyə cəlb olunacaqlar və əgər bu baş verərsə, Körfəz ölkələrini əhatə edəcək. Bununla belə, siyasətçi hesab etdiyini bildirib ki, diplomatik həll üçün hələ də şans var.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...