Yekaterinburqda saxlanılan azərbaycanlılardan birinin qohumu: "Əmimin ciyərlərinə su gəlib"
Yeniliklərdən dərhal xəbərdar olun
"Əmim neçə gün polis nəzarəti altında qalıb, orda heç bir yardım etməyiblər".
BAKU.WS xəbər verir ki, bu sözləri "Report"-a açıqlamasında Yekaterinburqda Rusiya güc strukturları tərəfindən zorakılıqla saxlanılan azərbaycanlılarından biri olan Əziz Abbasovun qardaşı oğlu Emin Abbasov deyib.
E.Abbasov bildirib ki, əmisinin vəziyyəti yaxşı deyil: "Sadəcə öz hesabımıza ağrıkəsici vurulub. Ciyərlərinə su gəlib, qabırğaları sınıb".
Qeyd edək ki, Abbasovlar ailəsi əslən Biləsuvarın Zəhmətabad kəndindəndir və 40 ilə yaxındır ki, Rusiyada yaşayırlar.
Xatırladaq ki ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...