Yaxın Şərqdə müharibə başlayandan bəri ölkələr üzrə neçə nəfər ölüb və yaralanıb?

Yaxın Şərqdə müharibə başlayandan bəri ölkələr üzrə neçə nəfər ölüb və yaralanıb?
Dünya 35

Yaxın Şərqdə davam edən qarşıdurma nəticəsində bir sıra ölkələrdə ölən və yaralananların sayı açıqlanıb. Rəsmi və ilkin məlumatlara görə, münaqişə artıq minlərlə insanın həyatına son qoyub və on minlərlə yaralı var.

BAKU.WS "Əl-Cəzirə" telekanalına istinadən ölkələrə görə qurbanların siyahısını təqdim edir:

İran - Azı 1255 nəfər həlak olub, 12000-dən çox insan yaralanıb

İsrail - 14 nəfər həlak olub

Livan - 634 nəfər həlak olub, 1500-dən çox yaralı

Amerika Birləşmiş Ştatları - 7 ABŞ hərbçisi həlak olub

Küveyt - Altı nəfər həlak olub - iki əsgər, iki sərhədçi və iki mülki şəxs, o cümlədən 11 yaşlı qız

BƏƏ - Altı nəfər həlak olub - dörd mülki şəxs və iki hərbçi

Səudiyyə Ərəbistanı -İki mülki şəxs həlak olub

Bəhreyn - İki nəfər həlak olub

Oman - Dənizdə bir dənizçi həlak olub

Qətər - 16 yaralı

İraq - 26 nəfər həlak olub

Azərbaycan - 4 nəfər yaralanıb.

Xatırladaq ki, martın 5-də İrandan Naxçıvana dronla zərbələr endirilib. Nəticədə orta məktəbə və Naxçıvan Beynəlxalq Aeroportuna ziyan dəyib.

Son xəbərlər